"Fulhem" 3 futbolçu transfer edib

"Fulhem" İngiltərədə yay transfer pəncərəsinin bağlanmasına saatlar qalmış daha 3 futbolçunu heyətinə cəlb edib. Klubun saytında yer alan xəbərə görə, bunlar "Sevilya"nın qapıçısı Serxio Riko, "Mançester Yunayted"in müdafiəçisi Timoti Fosu-Mensa və "Atletiko"nun hücumçusu Lusiana Vyettodur.
Hər üç futbolçu "Fulhem"də icarə əsasında çıxış edəcək. Qeyd edək ki, 4 illik fasilədən sonra yenidən Premyer Liqaya vəsiqə qazanan London təmsilçisi "Borussiya"dan Andre Şürleni də icarəyə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...