“Səbail” meksikalı futbolçu transfer edib

“Səbail” heyətinə yeni futbolçu qatıb. Klubun rəsmi saytında yer alan xəbərə görə, paytaxt təmsilçisi meksikalı yarımmüdafiəçi Edqar Paçekonu transfer edib. 28 yaşlı futbolçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.
Karyerası əsasən ölkəsinin klubları ilə bağlı olan təcrübəli oyunçu son mövsümü Kipr “Ermis”ində keçirib. O, 2009-2011-ci illərdə Meksika millisinin də şərəfini qoruyub. Yığmada 5 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub.

Qeyd edək ki, Paçeko “Səbail”in yay fasiləsində heyətinə qatdığı 14-cü futbolçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə