“Milan” Drakslerə "göz dikib"

“Milan” heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır. “Corriere dello Sport” yazır ki, İtaliya təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Yulian Drakslerlə maraqlanır. “Rassonyerlər” Almaniyalı futbolçunu icarəyə götürmək istəyir.
Qeyd edək ki, Draksler 2017-ci ildə “Volfsburq”dan 35 milyon avroya transfer edilib. O, ötən mövsüm Paris klubunda 47 oyuna 8 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə