Ölkəmizi futbol üzrə UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib. PFL-in saytında yer alan xəbərə görə, “Qarabağ” III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.
“Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası I turun təqvimində dəyişiklik edib.Topaz Premyer Liqasının I turunun “Qarabağ” – “Zirə” matçı 10 avqust tarixdən, 26 sentyabr tarixə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə