“Nitsa”nın hücumçusu Mario Balotelli yenidən İtaliyaya qayıda bilər. “La Gazetta dello Sport”un yazdığına görə, 28 yaşlı futbolçunu “Parma” transfer etmək istəyir. Yeni mövsümdən A Seriyasında çıxış edəcək klub italiyalı futbolçu üçün Fransa təmsilçisinə 5 milyon avro ödəməyə hazırdır. Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü “Nitsa”da iki mövsümdə 43 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə