Con Terri şərhçiliyə başlayır?

Futbol üzrə İngiltərə millsinin və “Çelsi” futbol klubunun sabiq müdafiəçisi Con Terri futbolçu karyerasını başa vurmağa hazırlaşır. “Mirror” yazır ki, 37 yaşlı futbolçu sonuncu klubu “Aston Villa”dan ayrıldıqdan sonra məşqçiliyə başlamaq fikrinə düşüb. Amma sonradan qərarını dəyişib. Onun indi TV-lərdən birində şərhçi kimi çalışacağı bildirilir. İddia olunur ki, “Sky Sports” telekanalı Terriyə kanalda ekspert kimi işləməyi təklif edib. Onun kanalda Tyerri Anrini əvəz edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...