Beynəlxalq Çempionlar Kuboku-2018-ə start verilib. Məlumata görə, ilk oyunda "Mançester Siti" və "Borussiya" (Dortmund) ilə üz-üzə gəlib. Matç Almaniya klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
"Mançester Siti" - "Borussiya" - 0:1
Qol:Mario Qötze, 28-pen
Qeyd edək ki, turnirdə "Real", "Tottenhem", "Yuventus", "Milan", "Mançester Siti", "Liverpul", "Mançester Yunayted", "Bavariya", "Çelsi", PSJ, "Arsenal", "Sevilya", "Roma", "İnter", "Borussiya" (Dortmund), "Benfika" və "Atletiko" klubları iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə