PSJ klubu Fransa millisinin futbolçusunu heyətinə qatıb

Fransa yığmasının və İngiltərənin "Çelsi" klubunun futbolçusu N Qolo Kante Fransanın PSJ klubuna keçib. "Le Parisien" xəbər verir ki, tərəflər 27 yaşlı yarımmüdafiəçinin keçidi barədə razılığa gəliblər. Paris təmsilçisi bu transferə görə "Çelsi"yə 110 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kante 2016-cı ildən "Çelsi"də çıxış edib. O, Rusiyada keçirilən dünya çempionatının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə