“İnter” futbolçusu Ederlə yollarını ayırıb. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 31 yaşlı hücumçu Çinin “Jiangsu Suning” klubuna transfer olunub. Superliqa təmsilçisinin italiyalı futbolçu üçün “İnter”ə 5,5 milyon avro ödəyəcəyi bildirilir. O, yeni klubunda ilinə 13 milyon avro qazanacaq. Qeyd edək ki, Eder son mövsümdə Milan təmsilçisində 31 oyuna çıxıb və 3 qolla yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə