"Kəpəz" Türkiyədə şəhidlərimizi yad etdi - FOTOLAR

Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” futbol klubunun səhər məşqindən öncə 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib. Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. SİA-nın məlumatına görə, Gəncə təmsilçisinin baş məşqçisi Yunis Hüseynov qanlı hadisə ilə bağlı fikirlərini bölüşərək 20 Yanvarın xalqımızın azadlıq mübarizəsində xüsusi rol oynadığını bildirib. Təcrübəli mütəxəssis bu faciə ilə bağlı legionerləri məlumatlandırmaqla “qanlı şənbə gecəsi”nin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu söyləyib.

Futbolçular 20 Yanvar faciəsinin əsla unudulmayacağını və xalqımızın qan yaddaşında əbədi yaşayacağını vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə