Fatimə Xatunla Naziləni məhkəməyə verir

Müğənni Xatun Əliyevanın sosial şəbəkədə rəqqasə Fatimə Fətəliyeva haqqında yazdığı statusa qarşı tərəfdən cavab gecikməyib. SİA-nın məlumatına görə, Fatimə "İnstagram" səhifəsində Xatunu və onun statusunda rəqqasənin ünvanına söz atan şairə Nazilə Səfərlini “Eynisini tapmısan ey. Onun şəklinə baxdım, səndəkinin eynisidir. Bəlkə qardaş bacıdılar?” bu sözlərinə görə məhkəməyə verəcəyini bildirib: "Bir söz deyə bilərəm: tezliklə məhkəmədə şər-böhtana görə cavab verəcəklər. Allahıma şükür, namusum, gözəl övladlarım, ailəm, işim, peşəm, ruzum. Şərhlərdə yuyulmamış çömçə kimi yazanlar da cavab verəcəklər”.

Qeyd edək ki, Xatun "İnstagram" səhifəsində Fatimənin ünvanına "Bu fotonu gördüm bir müğənnimi, rəqqasəmi, düşükmü, afiristmi, ev yıxanmı deyim, o düşdü yadıma. Bu fotonun eynisi var məndə... Çıxıb efirə utanmaz-utanmaz yalan danışır, ağıl verir, akademiklik edir. Deyir, mənim dodaqlarım anadangəlmədir, silikonum yoxdur. Son xəbərdarlıq: sən bir də orda-burda məndən danışasan, mənə şərlər atasan, müğənnilərə məndən yalan-yalan sözlər deyəsən, aramı vurasan, səni rüsvay etməsəm mənə Xatun deməsinlər. İki dəfə xəbərdarlıq etmişəm yanındakılara. Bu da üçüncü. Get yalan, bədbəxt həyatını yaşa. Əl çək məndən. Yalan deyən rəqqasədir... Xəyanət, yalançı, dilin yanacaq. Sağ göstərib, sol vuraram" sözlərini yazıb.

Xatunla Fatimə arasında uzun müddətdir qalmaqal yaşanır. Bir vaxt rəfiqə olan və məclislərə bir gedən rəfiqələr indi düşmən olublar. Bu günlərdə efirdə "Dodaqlarım silikon deyil" deyən də elə Fətəliyeva olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...