ƏƏSMN kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib - FOTOLAR

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə