Nigeriyada 156 nəfər qızdırmadan ölüb

Nigeriyada heyvanlardan insanlara keçən və Lassa qızdırması səbəbindən 4 ayda 156 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanvar - aprel ayları arasında Lassa qızdırması epidemiyasının paytaxt Abuca ilə birlikdə 28 ştata da yayıldığı haqqında məlumat verilib.

Xəstəlik siçan nəcisi ilə insandan insana keçə bilər və ölümcül, qanamalı qızdırmaya səbəb ola bilər.

857 nəfərdə Lassa qızdırması aşkar edilib, epidemiya səbəbindən 156 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə