Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir - FOTOLAR

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən “Seoul International Travel Fair (SITF) - The Korea World Travel Fair (KOTFA)” beynəlxalq sərgisində Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları tanıdılır. SİA xəbər verir ki, bu barədə DTA məlumat yayıb.

Bildirilib ki, mayın 12-dək davam edəcək sərgidə müxtəlif turizm məhsulları, o cümlədən ölkəmizin təbiət turizmi potensialı və mədəni irs nümunələri haqqında xarici turizm şirkətləri və sərgi ziyarətçilərinə məlumat verilir, milli şirniyyatların dequstasiyası keçirilir.

Azərbaycanın Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da milli stendi ziyarət edərək sərginin işi ilə tanış olub.

Həmçinin, sərgi çərçivəsində yerli turizm şirkətləri ilə Koreya turizm şirkətləri arasında B2B görüşlər keçirilir, mümkün əməkdaşlıq imkanları müzakirə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə