Azərbaycanın XİN başçısı Qazaxıstana təşəkkür edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana Ermənistanla sülh danışıqlarına verdiyi dəstəyə görə minnətdarlığını bildirib. SİA xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısının “X” sosial şəbəkəsindəki hesabında qeyd edilib.

Xatırladaq ki, bu gün Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar başlayıb. Onlar ölkələr arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı müzakirələr aparacaqlar.

Daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistanın Almatıda xarici işlər nazirləri səviyyəsində danışıqların aparılmasına dair razılaşmasını alqışlayıb və bu görüşü simvolik adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə