Azərbaycan QHT-ləri Keniyada daşqın qurbanlarının xatirəsinə ağac əkiblər - FOTOLAR

Azərbaycan qeyri-hökumət təşkilatları (QHT) "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ilk dəfə Afrikada keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. SİA xəbər verir ki, tədbir Keniyada qlobal iqlim dəyişmələri səbəbindən on gün əvvəl yağan güclü yağışların törətdiyi daşqınlarda həyatını itirən yüzlərlə vətəndaşın yad edilməsi ilə məqsədilə baş tutub.

Vətəndaş cəmiyyətləri institutları Azərbaycanın Keniyadakı səfirliyinin dəstəyi ilə ağacəkmə aksiyasına qoşularaq prosesdə fəal iştirak ediblər.

Qeyd edək ki, ötən ay Keniyada güclü yağışlar daşqınlara səbəb olub. Nəticədə 228 nəfər həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə