AZAL-ın kollektivi Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTOLAR

Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasından 101 il ötür. SİA xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi dünya şöhrətli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq Fəxri xiyabanı ziyarət ediblər.

Ziyarətçilər Ulu öndərin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə güllər düzülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə