Politoloq: “Rusiya Ermənistanda fəallaşır” MÖVQE

“Rusiya Ermənistanda fəallaşır”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın rəsmiləri ard-arda təcili Moskvaya çağrılır, müxalifət liderləri ilə isə Rusiyanın İrəvandakı səfirliyində görüşlər təşkil edilir: “Hamısına eyni xəbərdarlıq edilir, nə edirsiniz edin, ancaq çərçivədən çıxmayın, sahibinizin kim olduğunu unutmayın! İrəvanın da Moskvadan xahişi var, Azərbaycan fürsətdən istifadə edib Dağlıq Qarabağda müharibəyə başlamaq istəyir, Bakını bundan çəkindirin. Bu xahişi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrova çatdırıb. Elə ona görə də Kreml öz emissarlarını Bakıya da göndərir. Müharibə etməsək belə, ordumuz daima dislokasiya yerini dəyişir, tankların və hərbi texnikanın təmas xəttində sürətli yerdəyişmələri erməni separatçılarını qorxudur. Bunu davam etdirməliyik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə