Amerikalı alimlər: Pomidor xərçəngin qarşısını alır

Amerikalı alimlər pomidorun xərçəng, osteoporoz və ürək-damar sistemi çatışmazlığı kimi xəstəliklərin inkişaf riskini azaltdığını müəyyən ediblər.

Tədqiqatçılar bir sıra təcrübələr apararaq belə nəticəyə gəliblər ki, pomidor ən zəngin likopin mənbəyidir. Likopin hətta termoemaldan sonra belə dagılmır. Ona görə də tomat pastası və hər hansı konservləşdirilmiş pomidor da faydalıdır.

Bundan başqa, bu tərəvəz iltihabəleyhinə xüsusiyyətlərə də malikdir. Ona görə də siqaret çəkənlərə əbəs yerə pomidor yemək tövsiyə olunmur. O, xərçəngin, ürək və damar xəstəliklərinin qarşısını alır, beynin fəaliyyətini yaxşılaşdırır. Pomidor dünyanın əksər ölkələrində yetişir. Bu da onu bütün faydalı məhsullardan ən unikalına çevirmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə