Bu bitki çayı orqanizmi parazitlərdən əsaslı şəkildə təmizləyir. Bu çox tanınmış və effektli reseptdir.

Tərkib:

- Sürvə otu

- Tozağacı yarpaqları

- Palıd ağıcı qabığı

- Kalendula

- Ayıpəncəsi

- Dağ tərxunu

- Yovşan

- Nanə

- Çobanyastığı

Hər otdan 1 xörək qaşığı götürülür və qarışdırılır. Bu qarışıqdan 1 çay qaşığı götürüb 1 stəkan qaynar su tökün və termosda 1 saat ərzində dəmləyin. Hazır çayı yaxşı süzün və 1 həftə ərzində hər gün acqarına stəkanın 1/4 hissəsi olmaqla, sonra 2 həftə ərzində 1 stəkan olmaqla qəbul edin. Müalicə kursu 3 həftə təşkil edir.

Hamilə qadınlara və kiçik yaşlı uşaqlara bu dəmləməni vermək olmaz. Daha böyük yaşda uşaqlara pediatrdan məsləhətləşdikdən sonra bu çayı verə bilərsiniz.

Bəzi mədə-bağırsaq və qaraciyər xəstəlikləri zamanı bu çaydan istifadə etmək olaz.

Müalicədən sonra adətən bu kimi müsbət dəyişikliklər qeyd edilir:

- həzm proseslərin və yuxunun yaxşılaşması

- iş qabiliyyətinin artması

- üz dərisinin təmizlənməsi

- immunitetin möhkəmlənməsi

- əhval-ruhiyyənin yaxşılaşması, stresin və depressiyanın azalması

- allergik reaksiyaların (qaşınma, səpgilər və s.) yox olması.

Bütün xəbərlər Facebook səhifəmizdə