Azərbaycan filmi Belçikada nümayiş olunacaq

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Orxan Ağazadənin “Oturacaqlar” filmi Belçikada keçirilən Brüssel Qısa Film Festivalının Beynəlxalq və “Next Generation” müsabiqə mərhələlərinə dəvət alıb. SİA-nın məlumatına görə, Brüssel şəhərində təşkil ediləcək festival aprelin 25-dən, mayın 5-dək davam edəcək. Azərbaycan və İngiltərə birgə istehsalı olan ekran əsərinin ssenarisi və quruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operatoru Cameron Vard, quruluşçu rəssamı və kostyum dizaynı Lara Zeidan, musiqisi Məməd Ansa, prodüseri Mina Salimi, koprodüserləri Azər Həsənov və Ruslan Ağazadədir.

Filmdə rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İskəndər Abbasov və başqaları oynayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə