Bakıda İran Kinosu Günləri keçiriləcək

Fevralın 23-dən 27-dək Bakıda Nizami Kino Mərkəzində İran Kinosu Günləri keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən birgə təşkil olunan Kino Günlərinin açılışı fevralın 23-də saat 18:00-da Nizami Kino Mərkəzində baş tutacaq. Açılış mərasimində rejissor İbrahim Hatimikiyanın “Cangüdən” bədii filmi tamaşaçılara təqdim olunacaq.

Kino Günləri çərçivəsində fevralın 24-də Kamal Təbrizinin “Xəyalın şirin tamı”, 25-də Əbdülhəsən Davudinin “Divanə top”, 27-də isə Kiyaməs Purəhmədin “Ayaqqabım hanı?” bədii filmləri nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə