Tarixin bəxş elədiyi “qara miras”lar

Ötən yazılarımın birində, bu millətin nümayəndəsi kimi tanınan, amma damarlarında bu millətin düşmənlərinin qanı axanlarla bağlı fikirlərimi oxucularla bölüşmüşdüm. Gözlədiyim kimi, həmin yazı, birmənalı qarşılanmadı, mənimlə razılaşanlar da oldu, dodaq büzənlər də. Razılaşanlar öz yerində, Allah onlardan razı olsun. Hətta məni kəskin qınayanlar da oldu ki, bu yazımı da onlara “ithaf” edirəm. Baxaq görək, mən haqlıyam, yoxsa onlar?
Lap təzəcə aldığım məlumata görə, dini təbliğat adı altında anti-Azərbaycan fəaliyyətinə görə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ifşa edilərək həbs olunan Taleh Bağırzadənin yeni səs yazıları ortaya çıxıb. Səs yazısından bəlli olur ki, Əli Kərimli Talehin kimə “biət” etməsindən, Azərbaycanda heç də demokratik dəyərlər deyil, dini dəyərlər uğrunda mübarizə aparmasından xəbərdar imiş. Bununla belə, ona və onun tərəfdarlarına meydan verir, onlarla işbirliyi qururmuş. Sözdə demokratiyadan, dünyəvi cəmiyyətdən, Azərbaycan dövlətçiliyindən pafosla danışan Ə.Kərimlinin, həm rəhbərlik etdiyi siyasi təşkilatın Nizamnaməsinin, həm də, Azərbaycan qanunlarının ziddinə olaraq belə qurum və şəxslərlə işbirliyi qurmasının başlıca səbəbi də, elə həmin səs yazısında T.Bağırzadənin dili ilə açıqlanır. Çünki onun Taleh tərəfdarlarına ehtiyacı varmış. Başqa sözlə, meydanları doldurmaq üçün Taleh tərəfdarları ilə sıcaq münasibətlər qumalı imiş! Meydanlarda milli dəyərlərdən, Qərbə inteqrasiyadan, müasirləşmədən, dünyəvilikdən ağız dolusu danışan bu siyasət dəllalı üçün şəxsi istəklərindən başqa heç bir dəyərin olmadığı, hansısa prinsipə və əqidəyə sahib olmadığı bir daha təsdiqini tapdı. Beləsinin damarlarında təmiz Azərbaycan-türk qanı axsaydı, dövlətinin taleyi ilə bağlı taleyüklü məsələlərdə yükü atıb, Azəırbaycanı bəlalara yuvarlamağa cəhd edən Talehi tutardımı? Təbii ki, yox.
Yaxud xoruz səsi eşitsə də, hələ çoxlarına bəlli olmayan daha təp-təzə fakta diqqət edək. Rusiyada yaşayan və ermənilərlə separatçılıq fəaliyyətinə görə, ifşa olunaraq, Azərbaycan xüsusi xidmət orqanları tərəfindən həbs edilən Fəxrəddin Abbaszadənin indiki durumu Ermənistan xüsusi xidmət orqanlarına məxsus Voskanapatı və Rusiyadakı erməni diasporuna məxsus Yerkraması ciddi təşvişə salıb. Belə ki, onların gecə-gündüz yatmadan F.Abbaszadə üçün əldən-ayaqdan getmələri, əslən azərbaycanlı olan (yəni sənədlərdə belə yazılır), ancaq anti-Azərbaycan fəaliyyəti göstərən, düşmənlərlə separatçılığa belə gedən F.Abbaszadənin Ermənistan dövləti və erməni diasporası üçün çox önəmli simalardan (oxu: simasızlardan) biri olduğunu deməyə əsas verir.Əvvəlki vaxtlarda biz Ermənistanın həm dövlət, həm də diaspora dairələrinin Leyla və Arif Yunuslarla bağlı belə əndişələndiklərinin şahidi olmuşduq. Görünür, bu adamlara həm işğalçı dövlət, həm də diaspora o qədər maya buraxır ki, mayalarının batması ilə heç cür barışmaq istəmirlər. Nə isə, ermənilərin mayalarının batması yox, heç özlərinin batmaları da bizim üçün maraqlı deyil, necə deyərlər, pul onların, batıran buqələmun da onların. Biz ha deməmişdik ki, gəlib içimizdən zina törəmələrini tapıb, pullarını onların casusluqlarına xərcləsinlər! Millət orda aclıqdan qırılır, bunlar pullarını anti-Azərbaycan, anti-türk casusluq fəaliyyətinə xərcləyirlər. F.Abbaszadə kimi natəmiz qanlıları da asanlıqla tapıb, “verbovat” eliyirlər. İndi biz, necə inana bilərik ki, bu simasını itirmişin damarlarında azərbaycanlı-türk qanı axır?
Yadıma böyük klassikimiz Mirzə Ələkbər Sabirin bir-iki misrası düşdü:
Pəs elə isə, bu ləinin də işi qullabıdır. Dini-imanı danıb, yoldan azıbdır, babıdır!

İndi damarlarında düşmən qanı axanlar haqqında yazıma görə mənə irad tutanlar papaqdan-zaddan qoysunlar qabaqlarına, yaxşı-yaxşı düşünsünlər. Onda görərlər ki, mən haqlıymışam. Sabirin ifadəsi ilə desək, bu ləinlər, bu babılar hardan peyda olurlar axı? Deməli, qanlarında haramzadalıq, bəzilərininkində, hətta zinalıq toxumu o qədər çoxdur ki, yüz illərdir nəsil dəyişir, amma onların (yəni ləinlərin, babıların) qanları təmizlənmir ki, təmizlənmir. Odur ki, belələrinə rast gələndə (bu gedişlə, deyəsən, hələ çox rast gələcəyik), təəccüblənib eləmək lazım deyil. Tarixin millətimizə bəxş etdiyi “qara miras”dır ki, onu da nə qədər yuyuruq ağarmır. Biz yumağımızı davam etdirək, onlar qara qalmaqda olsunlar. Yəqin ağaran vaxtları olar, inşaallah!
Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...