Şər, böhtan, qarayaxma üslübü ilə seçilən radikal düşərgənin yerli və xarici missionerləri artıq uzun müddətdir ki, leksikonlarını küçə söyüşləri ilə zənginləşdiriblər. Yəni onlar üçün fərqi yoxdur, hətta özləri-özləri ilə aralarındakı “razborkalarını” apararkən, ən ağır söyüş və təhqirlərini bir-birlərinə ünvanlayırlar.

Ümumiyyətlə, adları indiyə qədər cəmiyyətə məlum olmayan şəxslərin simasında müxalifət özünə yeni “əqidədaşlar” tapır, canlı bağlantılara qoşulur və sonrası da məlumdur. Lakin elə məsələlər də üzə çıxır ki, artıq ittihamlar onların özlərinə tərəf çevrilmiş olur. Biz, bunu Qurban Məmmədov- AXCP və “Milli Şura”, REAL-Müsavat, İqbal Ağazadə-Arif Hacılı, yaxud da Avropa müxalifəti arasında gedən dava-dalaşlardan da açıq şəkildə müşahidə etmişik, hazırda da etməkdəyik...

Əslində, bu kimi əxlaqsız mübarizə metodunun müxalif düşərgə üçün heç də yad olmadıgını göstərən yaxın keşmişdə kifayət qədər sübütlarlar kifayət qədərdir. Bunun üçün uzağa getməyərək, cəmiyyətə özünü “ana müxalifət lideri” kimi sırımaga çalışan Əli Kərimliyə və onun tərəfdarlarına nəzər yetirmək kifayətdir - Qənimət Zahid, Azər Əhmədov, Natiq Ədilov, Xədicə İsmayıl, Türkel Kərimlinin vaxtilə yayılmış videoları və fotoşəkilləri hələ də “Google”nin arxivlərində qalmağa davam edir. Bu şəxslərin təmsil olunduğu düşərgənin öz aşkar tərbiyəsizliklərini “siyasi mübarizə” görüntüsü altında daşıması ola bilsin ki, onlar üçün normal haldır. Yəni, bu gün Orduxan Temurxan birdən-birə durub AXCP sədri Əli Kərimlini söyüş atəşinə tutarsa, sabahı günü onlar yenidən eyni cinahdan çıxış edərlərsə, bu hər ikisi üçün öyrəncəli bir haldır. Eləcə də Eldəniz Quliyev Qurban Məmmədovu bu gün ən ağır təhqirlərə məruz qoyursa və qarşı tərəfin cavabını alırsa, onlar bir müddət sonra hər şeyi unudub, olurlar “qardaş”...Yəni dünənə qədər bir-birlərinə olmazın söyüşlər söyməkləri vurulur, necə deyərlər, boyunlarının ardına!

Adını “siyasi mübarizə” qoyub qarşılarındakı insanlarla yanaşı, özlərini də küçə söyüşləri ilə təhqir edən bu insanlar onları ilk növbədə öz ailə üzvlərinin izlədiyinin yəqin ki, fərqindədirlər. Amma görünür onlar öz ailələrinə bunu da rəva görürlər. Buna isə jarqon ifadəsi ilə desək, “peysərlik” deyilir…

Ümumiyyətlə, araşdırmalar göstərir ki, radikal düşərgə təmsilçiləri öz güclərini Avropadakı məlum antiazərbaycançı şəbəkədən alırlar və fəaliyyətlərini də buna uygün koordinasiya edirlər. Əxlaqları korlanmış "sosial media qəhrəmanları" Avropada oturub Azərbaycan əleyhinə təbligat aparırlar və radikal düşərgə təmsilçilərinə konkret istiqamət verirlər. Amma maraqlısı odur ki, xaricdəki siyasi buqələmunlar etiraz formalarını açıq və sivil formada göstrərmək üçün məkan olaraq izdihamlı yerləri yox, ayaqyollarını seçirlər. Bununla da mahiyyət etibarilə "ayaqyolu müxalifəti" funksiyasını daşıdıqlarını göstərirlər.

"Ayaqyolu müxalifəti"nə başçılıq edən Əli Kərimli və onun birbaşa nəzarətində olan cəbhə trolları da ən təhqiramiz ifadələrlə insanların heysiyyatına toxunurlar. Onlar üçün müqəddəs dəyərlər artıq yoxdur. Əxlaq problemləri mövcud olan bu şəbəkənin konkret missiyası var: bizi dəstəkləməyənlər düşmənlərimizdir. Ancaq bir əxlaqsızlıq, mənəviyyatsızlıq baş verdikdə isə bunu sosial şəbəkə vasitəsilə tirajlayırlar.

Xatırlaya bilərik ki, Vidadi İsgəndərli olayında cəbhə trollarının böyük canfəşanlıq etmələri bu baxımdan diqqətdən yaınmadı. Atasının qəbrinin təhqir olunması yalanı üzərində siyasi divident qazanmağa çalışan belə insanlardan başqa nə gözləmək olar? Əlbəttə ki, yenə də “peysərlik”, özü də qıpqırmızı!

Beləliklə, şəxsi maraqları naminə bütün müqəddəs dəyərləri tapdalayan və antiazərbaycan şəbəkə ilə sıx iş birliyinə gedən bu kimi söyüş ilə qidalanan ünsürlər toplumu öz məqsədlərinə çatmaq üçün hər bir iyrənc, milli mənəvi dəyərlərə sığmayan vasitələrə əl atırlar. Görünür, milli maraqlar qarşısında məsuliyyət hissi olmayan bu insanlar ictimai rəydə ikrah hissi doğuran iyrənc propoqanda metodları ilə gündəmdə qalmağa çalışırlar. Belə propoqandaların isə axırı heç də yaxşı qurtarmır. Əlbəttə ki, onların özləri üçün...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...