Bəzən həyatda elə hallar da, mövcud olur ki, həmin amillər bir-birləri ilə bənzərlik, oxşarlıq cəhətləri ilə daha çox nəzərə çarpır. Bəzən bu cəhətlərin pis tərəfləri və yaxşı tərəfləri də olur. Lap nağıllarda, əfsanələrdə, hətta real həyatda olduğu kimi. Xeyir və şər. Söz yox ki, şər müəyyən mənada, xeyir üzərində üstünlüklər əldə etsə də, son anda xeyirin qarşısında məğlub olur. Amma təəssüf ki, şər qüvvələr bu dünyada, hələ ki, çoxdur və bu baxımdan xeyirxahlıq amili, ona qarşı mübarizəsini davam etdirir. Ta o vaxta qədər ki, şər xeyirin qarşısında diz çöksün.

Şərə, şeytana, iblisə xidmət edən "hüquq müdafiəçisi" adı altında simasız maskanın markası altında fəaliyyət göstərən şərbaz Leyla Yunus, həm də erməni xidmətçisi kimi tanınır. Azərbaycan dilini, yalnız söyüş vasitəsi kimi gördüyünü, "bu dildə ancaq söyüş söydüyünü" söyləmək tərbiyəsizliyini göstərən bir şəxsi erməni adlandıran cəmiyyətimizi necə qınaya bilərik?! L.Yunus mətbuatda verdiyi açıqlamalarının birində özünün necə xəyanət timsalı olduğunu, bir daha sübut edib. Bildirib ki, 20 ildir ki, deyirlər, biz erməniyik: "Mən bu ilin sonuna qədər elə şeylər yazacam ki, bizə, nəinki erməni deyəcəklər, hətta başqa ittihamlar da səsləndirəcəklər". Əslində, bu, heç təəccüb də doğurmur. belə də olmalı idi...Məgər nə zaman belə olmayıb axı? Bir neçə ay Azərbaycanda üz-gözünü cıraraq, haray-şüvən salmaq, sonra da xaricə gedib, bir müddət orada kef eləmək. Sonradan isə yenidən həmin halı təkrarlamaq. Sual olunur ki, ay şərlər "xatunu" L.Yunus, nəyə görə sən bu ölkədə, heç olmasa, bir il davamlı şəkildə yaşamırsan və ayrı-ayrı zamanlarda səsin, ümumiyyətlə, gəlmir? Cavabı bəlldir - o, qara-qışqırıq salır və sonradan çəkilir kənara və meydanı verir erməni aşnalarına... ki, onlar da Azərbaycana qarşı iddialarını Avropa instansiyalarında qaldırsınlar, ölkəmizə qarşı çirkin planlarını reallaşdırsınlar. B.Leyla Yunus kimi satqın, həyasız və abırsız məxluqun "həyat fəlsəfəsi" maskvsı və markası.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə