Bişkekin mərkəzinə toplaşan etirazçılar dağılışmağa razılaşıblar

Qırğızıstanın paytaxtı Bişkekin Daxili İşlər Baş İdarəsinin rəisi Əzəmət Toktonəliyev şəhərin mərkəzində izdihamla danışıqlar aparıb. SİA bu barədə “24.kg” agentliyinə istinadən xəbər verir.

Danışıqlardan sonra bəzi şəxslərin evlərinə getməyi razılıq verdiyi qeyd edilir. Qeyd edilir ki, ümumiyyətlə, danışıq sakit ab-havada keçib.

Bundan əvvəl agentlik məlumat vermişdi ki, Bişkekin mərkəzində daxili qoşunların bölmələri insanların toplaşdığı küçəni mühasirəyə alıb. Əraziyə su şırnaqları gətirilmişdi. Hosteldə baş verən qarşıdurmadan sonra mərkəzə çoxlu sayda insan toplaşmışdı. Daxili qoşunlar küçəni mühasirəyə almışdı. Agentliyin məlumatına görə, təhlükəsizlik qüvvələri Çuyski prospekti ilə 7 Aprel küçəsinin kəsişməsində dayanmışdı. Etirazçılar kütləvi davada iştirak edənlərə ədalət tələb edir.

Daha sonra Qırğızıstanın Daxili İşlər Nazirliyi Bişkekin mərkəzində vəziyyətin sabitləşdiyini bəyan edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları küçə patrulları təşkil edib, əhali arasında maarifləndirmə işləri aparır.

Xatırladaq ki, etirazlara səbəb əcnəbilərlə yerli sakinlər arasında kütləvi dava olmuşdu. Agentlik davada iştirak edən əcnəbilərinin üzr videosunu da yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə