Qəzaya düşən aktrisanın son durumu açıqlandı

Avtomobil qəzasına düşən 68 yaşlı türkiyənin tanınmış aktrisası Ahu Tuğbadan gələn son xəbər sənət dostlarını və pərəstişkarlarını kədərləndirib. SİA xəbər verir ki, "Yeşilçam"ın aktrisası Ahu Tuğba 3 həftə əvvəl Amerikada baş verən yol qəzasında ölümlə üz-üzə gəlib. Ağır yaralanaraq reanimasiyaya yerləşdirilən sənətçinin artıq evə buraxıldığı öyrənilib. Bir müddət evdə müalicə alacaq olan məşhur kino aktrisa 15 gün sonra fizioterapiya müalicəsinə başlayacaq.

Türkiyə mətbuatına verilən açıqlamada aktrisanın yemək yeyə bilmədiyi, süni qida ilə qidalandığı, əllərini qaldıra bilmədiyi bildirilib. Qəzaya səbəb kimi Ahu Tuğbanın Türkiyədən gələn bir telefon zənginə əsəbiləşdiyi və bu hərarətlə avtomobil idarə etməsi göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə