“Çin ordusu müharibəyə hazır olmalıdır"

Çin dövlət televiziyası CCTV-nin xəbərinə görə...
“Çin ordusu müharibəyə hazır olmalıdır"

Çin dövlət başçısı Si Cinpinq artan qeyri-sabitlik və qeyri-müəyyənliklərlə üzləşdiklərini bildirərək “ordu döyüş qabiliyyətini artırmalı və müharibəyə hazır olmalıdır" deyib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Çin dövlət televiziyası CCTV-nin xəbərinə görə, Si Çin Xalq Azadlıq Ordusunun komanda qərargahı olan Mərkəzi Hərbi Komissiyanın birgə əməliyyat mərkəzinə baş çəkib. O, burada etdiyi çıxışında deyib: “Çin ordusu yeni dövrdə çətin və ağır bir vəzifə ilə üz-üzə qalıb. Bütün silahlı qüvvələr yeganə əsas meyar kimi döyüş qabiliyyətinə diqqət yetirməli, işlərini müharibəyə hazır olmaq və qalib gəlmək fikrinə kökləyərək həyata keçirməlidir.

Dünya yüz ildən bir sürətli dəyişiklikdən keçir.

Çin ordusu milli suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarını qətiyyətlə qorumalı, partiya və xalq tərəfindən ona verilən tapşırıqları yerinə yetirməlidir”.

Səfər zamanı hərbi uniforma və çəkmələr geyinən Si Cinping 2027-ci ilə, yəni Çin Xalq Azadlıq Ordusunun yaranmasının 100-cü ildönümünə qədər onu dünyanın ən yüksək səviyyəli silahlı qüvvələrindən birinə çevirmək hədəfinə diqqət çəkib: “Biz buna nail olmaq üçün əlimizdən gələni etməliyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə