ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiya tərəfinin tələbi ilə nazir Lloyd Austin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında Ukrayna ilə bağlı yeni telefon danışığı apardıqlarını açıqlayıb. SİA xəbər verir ki, Austinin "Rusiyanın gərginliyi artırmaq üçün hər cür bəhanəni rədd etdiyini" vurğuladığı bəyanatda Rusiyanın "Ukraynaya qarşı ədalətsiz və qanunsuz müharibə"sində davam edən ünsiyyətin dəyərinin bir daha təsdiqləndiyi qeyd edilib.
Austin və Şoyqu Ukrayna-Rusiya müharibəsi başlayandan sonra ilk dəfə mayın 13-də, sonra isə oktyabrın 21-də iki telefon danışığı edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB