Çin ABŞ-a hərbi cinayətlərini xatırladılıb...

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Lijian “Twitter”-də ABŞ-ın iştirak etdiyi müharibələri və müharibə cinayətlərini xatırladıb. Diplomat Xirosima və Naqasakinin bombalanmasını, Koreya və Vyetnam müharibələrini, İraq və Əfqanıstanın işğalını, Pakistandakı hərbi kampaniyanı və Yuqoslaviya münaqişəsini əks etdirən fotoşəkillər əlavə edib. Lijianq qeyd edib ki, amerikalılar özlərini dünyanı xilas edən super qəhrəmanlar hesab edirlər, digər ölkələr isə bunu dağıntı və insan əzabları kimi görürlər.

SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, Çin diplomatının yazdığına görə, hər bir insan əslində kim olduğunu aydın başa düşməlidir. Lijiana görə, bu ölkələrə də şamil edilməlidir.

Rusların “rambler” saytı “Çjunqo çzyunvan” nəşrinin köşə yazarı Xie Linlinin bir müddət əvvəl yazdığı yazını “eşib çıxararaq” nümunə göstərir. Beləliklə, çinli köşə yazarı bildirib ki, Birləşmiş Ştatlar dünyanı Ukraynadakı vəziyyətlə bağlı günahsızlığına inandırmağa çalışır, lakin münaqişənin əsas “təşəbbüskarı” kimi ittiham olunmaqdan qaça bilmirlər.

Onun sözlərinə görə, dövlətlər Avropa üzərində öz nəzarətini gücləndirmək üçün bəhanə kimi Ukrayna və Rusiya arasında münaqişənin qızışdırılmasında maraqlıdırlar.

Yeri gəlmişkən, bundan əvvəl Pekin Universitetinin dosenti Syu Lianq ABŞ-ın dünyada siyasətini əvvəlki sağlamlığını bərpa edə bilməyən başsız toyuq atması ilə müqayisə edib. Ekspertin fikrincə, Vaşinqtonun hərəkətləri öz hegemonluğunu saxlamaq üçün dünyada sabitliyi pozmağa yönəlib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə