Ukrayna Britaniyadan 425 milyon avro alıb...

...pul müəllimlərin maaşına gedəcək

Dünya Bankının dövlət xərclərinin dəstəklənməsi layihəsi çərçivəsində Ukrayna 446,8 milyon avro kredit alıb.

Ukrayna Britaniyadan 425 milyon avro məbləğində kredit alıb. Maliyyə Nazirliyindən verilən məlumata görə, pul həm respublika, həm də regional səviyyədə dövlət orqanlarında və büdcə təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarına yönəldiləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Dünya Bankının dövlət xərclərinin dəstəklənməsi layihəsi çərçivəsində Ukrayna 446,8 milyon avro kredit alıb. Bu maliyyələşdirmə çərçivəsində Böyük Britaniyanın zəmanəti 424,6 milyon avro təşkil edir.

"Müharibə kontekstində Ukrayna üçün dövlət idarəçiliyinin potensialını, səmərəliliyini və davamlılığını qoruyub saxlamaq vacibdir. Yığılan vəsait dövlət sektoru işçilərinin maliyyələşdirilməsini təmin edəcək. Biz Böyük Britaniya hökumətinə və Dünya Bankının komandasına Ukrayna tariximizin bu çətin dövründə göstərikləri dəstəyə görə minnətdarıq.”.

Bunu maliyyə naziri Sergey Marçenko bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...