Prezident özünü həm də nazir təyin etdi

Filippinin yeni prezidenti deyib ki...

Filippinin yeni seçilən prezidenti Ferdinand Markos qiymətlərin artması fonunda iyunun 21-də özünü həm də ölkənin kənd təsərrüfatı naziri təyin edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu F.Markos iyunun 20-də, həmin ayın 30-na təyin edilən inauqurasiya mərasimi ərəfəsində bildirib.

Filippinin yeni prezidenti deyib ki, ölkə daxilində qiymətlər xarici amillərlə əlaqədar, o cümlədən Ukraynada baş verən müharibə nəticəsində qlobal tədarük zəncirində yaranan problemlərlə bağlı artmaqda davam edir. Problemin həllinin vacibliyini qeyd edən F.Markos, bunun üçün ilk növbədə ərzaq məhsullarının istehsalının artırılmasının zəruriliyini bildirib.

Qeyd edək ki, Filippin prezidenti seçki öncəsi kampaniya zamanı düyünün qiymətini azı iki dəfə azaldacağını vəd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə