“Sezar Kunikov” gəmisinin komandiri Aleksandr Çirva Ukraynada keçirilən xüsusi əməliyyat zamanı həlak olub
Rusiyalı komandir öldürülüb

Rusiyanın Qara dəniz donanmasının “Sezar Kunikov” adlı iri desant gəmisinin komandiri Aleksandr Çirva Ukraynada keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev öz Teleqram kanalında məlumat verib.

Razvojayevin sözlərinə görə, üçüncü dərəcəli kapitan Ukrayna hərbçiləri ilə döyüş zamanı aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

“Onun cəsarəti, peşəkarlığı və təcrübəsi ekipaj üzvlərinin həyatını xilas etdi. Biz qəhrəmanımızı həmişə xatırlayacağıq”, - deyə Sevastopol qubernatoru əlavə edib.

Qeyd edək ki, aprelin əvvəlində Səkkizinci Ordu komandanının müavini, general-mayor Vladimir Frolovun da Ukrayna hərbçiləri tərəfindən öldürüldüyü barədə xəbərlər yayılmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə