"Dəyən həmişə yetim-yesirə dəyir..."

Gürcüstan siqaretlərin üzərində sağlamlıqla bağlı xəbərdarlıqların çap edilməməsinə icazə verir
"Dəyən həmişə yetim-yesirə dəyir..."

Gürcüstanda sentyabrın 1-dək siqaret qutularının üzərində siqaretin insan sağlamlığı üçün təhlükəsi barədə xəbərdarlıqların çap edilməməsinə icazə verilib. Niyə?

Cünki ölkədə “tütünlə mübarizə haqqında” qanuna müvafiq dəyişikliklər edilib. Amma bu da hamısı deyil.

Beləliklə, “Sputnik-Gürcüstan” yazır ki, bu qərarın səbəbi Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə bağlıdır. Yəni məsələ burndadır ki, Gürcüstana gətirilən siqaretlərin bağlamaları Ukraynada çap olunur və hazırda hərbi əməliyyatlar səbəbindən həmin zavod işləmir. SİA bu barədə Rusiya saytlarına istinad edir.

Bununla əlaqədar olaraq, sentyabrın 1-dək siqaret idxal edənlərə siqaretin zərərləri ilə bağlı xəbərdarlıqları siqaret qutularının deyil, qablaşdırma\nın üzərinə vurmağa icazə verilir.

Əslində, gürcü hökumətinin də vurğulandığı kimi, bu qərar Gürcüstan büdcəsini qorumaq üçün qəbul edilib, çünki Gürcüstanın tütün idxalının 80 faizi Ukraynadan gəlir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə