Litva prezidenti Gitanas Nauseda Putinin apardığı müharibə üçün maliyyə ayrılmasını dayandırılmağa çağırıb. O, tərəfdaşları Ukraynaya dəstəyi artırmağa, Rusiya neft və qazının ixracını qadağan etməyə və bütün Rusiya banklarına qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
SİA-nın məlumatına görə, “UNN” agentliyi xəbər verir ki, bu barədə Nauseda Kiyevdə Ukrayna, Polşa, Latviya və Estoniya prezidentləri ilə birgə keçirdiyi brifinqdə bildirib.
“...Litva Ukrayna Silahlı Qüvvələrinə müdafiə silahlarını təhvil verib. Ümid edirəm ki, Ukrayna bununla da qələbə və ya sülhə yaxınlaşacaq. Mən müttəfiqlərimizi və tərəfdaşlarımızı Ukraynaya silahla dəstəyini artırmağa və sürətləndirməyə çağırıram”
Diplomatik səyləri təbrik edən Nauseda Ukraynanın gələcəyinin döyüş meydanında həll olunacağını vurğulayıb. O, həmçinin Ukraynaya iqtisadi, maliyyə və humanitar yardımların vacibliyini də qeyd edib.
Litva prezidenti Rusiyanın neft və qazına qadağa qoyulmasına və bütün Rusiya banklarına qarşı sanksiyaların tətbiq edilməsinə çağırıb.
Nauseda Ukraynada ölən insanlara- uşaqlara, qadınlara, qocalara, onların yaşadıqları məçəqqətlərə diqqət çəkərək, “daha bir-iki il gözləmək olmaz” deyib: “Biz Putin müharibəsinin maliyyə imkanlarını dayandırmalıyıq”, - əlavə edib.
Litvanın qaz mənbəyinin uzun illər yalnız Rusiyadan olduğunu deyən dövlət başçısı daha sonra “...amma biz təcavüzkarla enerji əlaqələrini poza bildik, inanıram ki, Avropanın qalan hissəsi də bunu edə biləcək. Bu, siyasi iradə məsələsidir", -deyə bildirib.
Litva prezidenti onu da əlavə edib ki, Ukrayna Avropa İttifaqına məxsusdur və ölkəmiz “Brüsseldə yan-yana oturana qədər” Litva onun müdafiəsinə qalxacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB