...Yenə də rusların yazdığına görə, guya Ukraynadakı hərbi əməliyyatlarla bağlı Rusiyaya qarşı əlavə tədbirlərin görülməsi məsələsində razılığa gələ bilmirlər deyə NATO ölkələri iki düşərgəyə bölünüblər.
SİA-nın məlumatına görə, bu barədə “RİA Novosti” “The New York Times”a istinadən xəbər verir.
Əlavə olaraq deyək ki, xarici nəşr də adı açıqlanmayan mənbələrə istinad edir.
Qəzetin yazdığına görə, Litva, Latviya, Estoniya və Polşa Rusiya ilə münasibətləri tamamilə kəsməyi məqsədəuyğun hesab edirlər. Onlar Rusiyanın Ukraynada qələbə qazanacağı təqdirdə digər Avropa ölkələrinin təhlükəsizliyinin təhlükə altına düşəcəyindən ehtiyat etdikləri üçün onu diz çökdürmək təklifi ilə çıxış ediblər. Eyni zamanda, Almaniya, Fransa və Türkiyə bu təklifi reallığa çevirməyin asan olmayacağına inanır və Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamağa üstünlük verirlər.
Nəşrdə qeyd edildiyi kimi, NATO ölkələri Ukrayna ərazisində hərbi əməliyyatların yaxın gələcəkdə başa çatmasını gözləməməyə razılaşıblar. Ona görə də onlar növbəti tədbirdə Şimali Atlantika Alyansının Ukraynaya hərbi yardımın ayrılması imkanlarını müzakirə edəcək.
Bundan əlavə, NATO ölkələri Rusiyanın artıq təşkilatın strateji tərəfdaşı sayıla bilməyəcəyi barədə də razılığa gəliblər. Buna görə də Rusiya-NATO təsis aktı artıq Şimali Atlantika Alyansını qoşunlarının yerləşdirilməsi baxımından məhdudlaşdırmır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB