Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya və Ukrayna arasında Türkiyədə keçiriləcək danışıqların mövzularından danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, onun Ukrayna mediasına verdiyi açıqlamalarına rusların “İzvestiya” qəzeti öz səhifəsində yer ayırıb.
Beləliklə, Kulebanın sözlərinə görə, danışıqlarda minimum proqrama humanitar məsələlərin müzakirəsi, maksimum proqrama isə atəşkəs və bununla bağlı stabil razılığın əldə olunması daxildir.
Qeyd edək ki, əvvəlki danışıqlarda bu məsələlər üzrə tərəflər heç bir razılığa gəlməmişdilər.
Ukraynalı nazir onu da vurğulayıb ki, Kiyev “ərazilərdən, xalqdan və suverenlikdən imtina etməyə” hazır deyil.
O, etiraf edib ki, Rusiya “ultimatumlar və təbliğat klişelər” dilində danışmağa davam edərsə, bizim tərəf danışıqları dayandıracaq.
Bundan əlavə, Kuleba Ukrayna nümayəndə heyətinin üzvlərinə “içməməyi, yemək yeməməyi və səthə toxunmamağı” tövsiyə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB