Ukrayna Rusiyanın 33 günlük itkisini açıqlayıb

Ukrayna Rusiyanın 33 günlük itkisini açıqlayıb

Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusunun müharibə başlayandan bəri itirdiyi hərbi personalın və texniki vasitələrin sayını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya ilə Ukrayna arasında müharibə 33 gündür davam edərkən, Rusiya hərbi itkilər verməkdə davam edir.

Ukrayna Müdafiə Nazirliyi 33 gündə 17 min rus əsgərinin öldürüldüyünü açıqlayıb. Bəyanatda həmçinin qeyd olunub ki, Rusiya ordusunun 586 tankı, 1694 zirehli hərbi maşın, 302 artilleriya atəş sistemi, 95 çoxbarrelli reaktiv yaylım atəşi sistemi, 54 hava hücumundan müdafiə sistemi, 123 döyüş təyyarəsi, 127 helikopter, 66 pilotsuz uçuş aparatı, 11730 avtomobil, 7 gəmi, 21 xüsusi texnika və 4 operativ-taktiki raket sistemi də məhv edilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə