Prezident Vladimir Zelenski vurğulayır ki, Ukrayna Mariupolda köməksiz qalan insanlara qida, su və dərman çatdırmaq üçün hər şey etməyə çalışır. SİA xəbər verir ki, O, bu barədə prezident aparatının “Telegram” kanalında yerləşdirdiyi videomüraciətdə bəyan edib.
“Martın 14-də gün ərzində Kiyev və Luqansk vilayətlərinin şəhər və qəsəbələrindən 3806 ukraynalı çıxarılıb”, - Zelenski bildirib.
O eyni zamanda Mariupol üçün göndərilən 100 tondan artıq lazım olan ləvazımatı daşıyan karvanın ruslar tərəfindən hələ də Berdyanskda saxlanıldığını diqqətə çatdırıb: Bu gün artıq üçüncü gündür. Amma çalışacağıq. Biz hər şeyi edəcəyik ki, mariupollular yemək, su, dərmanla təmin olunsunlar”- deyə prezident əminlik bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB