“The Walt Disney Company” şirkəti Rusiyadakı bütün bölmələrinin fəaliyyətini dayandırdığını açıqlayıb. SİA bu barədə “rosbalt” saytına istinad edir.
Ötən həftə Ukraynadakı vəziyyətlə əlaqədar şirkətin filmlərinin yayımı dayandırılıb. Disney indi "vəziyyətin gərginləşməsi fonunda" qərarın məzmun və məhsulun lisenziyalaşdırılması, Disney Cruise Line əməliyyatları, National Geographic jurnalı və kanalın fəaliyyəti də daxil olmaqla bütün digər fəaliyyətlərə şamil olunduğunu bildirib.
Şirkətdən verilən məlumata görə, bəzi fəaliyyətlər dərhal dayandırılsa da, amma telekanalın və digər layihələrin dayandırılması müqavilələrin xüsusiyyətlərinə görə vaxt aparacaq. Maraqlıdır ki, şirkət rusiyalı işçilərin iş yerlərini itirməyəcəyinə də söz verib.
Xatırladaq ki, bir müddət bundan əvvəl “Warner Bros”, “Sony”, “Paramount” və “Universal Pictures” filmlərinin ölkədə yayımını ləğv etmişdi. Daha sonra, xüsusən də CNN kanalına, Warner Brothers studiyasına və HBO televiziya şəbəkəsinə sahib olan WarnerMedia Rusiyada işlərini dayandırdığını elan edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB