Dönmәz dördüncü kәşfiyyat gәmisi ilә bağlı paylaşım edib

Dönmәz dördüncü kәşfiyyat gәmisi ilә bağlı paylaşım edib

Türkiyәnin energetika vә tәbii sәrvәtlәr naziri Fatih Dönmәz dördüncü axtarış-kәşfiyyar gәmisinin Türkiyәyә doğru yola düşdüyünü deyib.

SİA xəbər verir ki, bu barәdә Fatih Dönmәz rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib. Fatih Dönmәz paylaşımında bu ifadәlәrә yer verib: ‘‘Axtarış-kәşfiyyat gәmimizi hәyәcanla gözlәyirik. Xeyirli olsun’’.

Qeyd edәk ki, Türkiyә dәnizlәrdә karbonhidrogen ehtiyatları ilә bağlı axtarış-kәşfiyyat fәaliyyәtlәrini ‘‘Fatih’’, ‘‘Yavuz’’ vә ‘‘Qanuni’’ gәmilәri ilә davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə