Rusiya xaricdəki səfirliklərinin mühafizəsini gücləndiriir?

Rusiya xaricdəki səfirliklərinin mühafizəsini gücləndiriir?

Rusiya Fransada yerləşən diplomatik nümayəndəliklərinin mühafizəsi üçün daha adekvat addımlar atılmasını tələb edib. Fransanın “Figaro” nəşri belə bir məlumatı Rusiya XİN-in sözçüsü Mariya Zaxarovaya istinadən yayıb.

Qeyd edək ki, bu tələb martın 7-nə keçən gecə Parisdəki Rusiya Elm və Mədəniyyət Evinə Molotov kokteyli atıldıqdan sonra səsləndirilib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, “Biz Fransa hökumətindən Rusiyanın diplomatik nümayəndəliklərinin mühafizəsini daha adekvat təşkil olunmasını tələb edirik”, - deyə Zaxarova bildirib.

Əslində, Zaxarovanın təbəddülat keçirməsi elə də əsassız deyil. Belə ki, ötən gün Parisdəki Rusiya Elm və Mədəniyyət Evinə Molotov kokteylinin atılması Avropa ölkələri vətəndaşlarının Rusiyaya qarşı baş qaldıran "etiraz"ların ilk rüşeymləri kimi başa düşülməlidir. Yəni belə gedırsə, şübhə yoxdur ki, Rusiya tərəfi təkcə Fransada yox, başqa ölkələrdə də öz səfirliklərinin mühafizəsin gücləndirmək üçün yerli hökumətlərdən əlavə qüvvələr tələb edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə