Bu qadınlar üçün qaynar xətt yaradıldı

“Strut Safe” xeyriyyə təşkilatı 2021-ci ilin martında evə qayıdarkən hücuma məruz qalaraq öldürülən Sara Everarddan sonra Raçel Çunq və Alid Cekson tərəfindən Şotlandiyanın Edinburq şəhərində təsis edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, evlərinə çatana qədər təkbaşına evə piyada gedən insanları, xüsusilə də qadınları telefonla müşayiət edən xeyriyyə təşkilatı Edinburqda ehtiyac olduğu halda qadınları evlərinə qədər şəxsən müşayiət etdiklərini bildirib.

Xüsusilə küçələrdə qadınların təhlükəsizliyini təmin etmək üçün qurulduqlarını ifadə edən “Strut Safe”, qaldıqları müddətdə müşayiət etdikləri insanları telefonla arxayınlaşdıraraq evlərinin qapısına qədər telefonla danışdıqlarını ifadə etdi.İnsanlar evlərinə qayıdarkən şübhəli vəziyyətlə qarşılaşdıqda, pulsuz telefona zəng etsələr, “Strut Safe” şirkətinin könüllüsü evə gedənə qədər danışaraq onu müşayiət edəcək. “Strut Safe” könüllüləri şübhəli vəziyyətlərdə qurbanı sakitləşdirir və lazımi məlumatları əldə edərək polisə məlumat verir.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...