Pakistanın Ketta şəhərində törədilən bombalı hücumda 4 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilib. SİA xarici mətbuata istinadən bildirir ki, Pakistanın Ketta şəhərinin Cinnah yolu bölgəsində yerləşən məktəb qarşısında bombalı hücum həyata keçirilib. Hadisə yerindən verilən ilk məlumata görə, partlayış nəticəsində 4 nəfər həlak olub, 16 nəfər yaralanıb. Polis partlayışdan sonra naməlum şəxslərin məktəbin qapısına əl istehsalı bomba yerləşdirdiyini və bombanın pultla işə salındığını açıqlayıb.
Terrorla Mübarizə İdarəsinin elçisi partlayışın çox şiddətli olduğunu və partlayışın konfransın sonunda baş verdiyini bildirib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB