Yeni koronavirus peyvəndi hazırlanmağa başlanır OMİKRON ŞTAMMINA QARŞI

Amerikanın Pfizer şirkəti artıq omikron koronavirus ştammının yaranması fonunda yeni peyvənd hazırlamağa başlayıb. SİA xəbər verir ki, bu barədə şirkətin rəhbəri Albert Burla CNBC telekanalının efirində bəyan edib.

Qeyd olunur ki, yeni peyvənd 100 gündən az müddətdə hazırlana bilər.

Şirkətin rəhbərinin sözlərinə görə, mövcud vaksinlərin yeni ştama qarşı daha az təsirli ola biləcəyi ehtimalı var və bu səbəbdən də nəticədə yeni vaksinlər tələb oluna bilər.

"Artıq cümə günü işə başladıq. Cümə günü biz yeni peyvəndin hazırlanması prosesinin ilk hissəsi olan DNT matrisini hazırladıq. Artıq dəfələrlə bildirmişik ki, peyvəndi 100 gündən az müddətdə əldə edə bilərik", deyə Burla bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə iclasdan sonra Cənubi Afrikada tapılan koronavirusun yeni variantını narahatlıq doğuran kimi təsnif etmək qərarına gəlib. Yeni ştamm - B.1.1.529 - ÜST tərəfindən yunan hərfi omicron ilə adlandırılıbdır. Daha sonra ÜST bildirilibdir ki, “omicron”un yayılması ilə bağlı ümumi qlobal risk “çox yüksək” kimi qiymətləndirilir, onun daha da bütün dünyada yayılma ehtimalı yüksəkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...