ABŞ hərbi qüvvələri üçün Orta Asiyada "yer gəzir"

ABŞ hərbi qüvvələri “antiterror əməliyyatları aparmaq” üçün Özbəkistanda yerləşdirilə biləcəyi barədə ehtimallar dolaşmaqdadır.

Məlumata görə, Pentaqonun nümayəndə heyəti bu məsələ ilə bağlı danışıqlar aparmaq üçün yaxınlarda Özbəkistana səfər edəcəklər.

Hər şeydən əvvəl qeyd edək ki, Pentaqon xeyli müddətdir ki, öz hərbi qüvvələrinin yerləşdirilmək üşün Orta Asiya ölkələrində yer gəzir. Deyilənə görə, təşkilat rəsmləri xeyli vaxtdır ki, Tacikistan, Qırğızıstan və Özbəkistanla danışıqlar aparır.

Onu da bildirək ki, ABŞ Müdafiə Nazirliyi Orta Asiyanın bu ölkələrdəki keçmiş Sovet hərbi bazalarından istifadə etmək istədiyini də gızlətmir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...