Amerika sərhədçiləri Birləşmiş Ştatlarla sərhədin qanunsuz keçdiyinə görə Meksikanın 14 hərbi qulluqçusunu saxlayıblar.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
ABŞ-ın Gömrük və Sərhəd Nəzarəti Xidmətindən (Customs and Border Protection, CBP – red) agentliyə bildirilib ki, hadisə sentyabrın 25-də gecəyarı El-Paso (Texas ştatı-red) ərazisində olub. Meksikanın iki hərbi maşını sərhədi keçib və ABŞ-ın ərazisinə girib. ABŞ-ın sərhəd xidmətinin əməkdaşları avtomobillərdəki hərbi qulluqçuları bir neçə saat saxlayıb. Meksika hərbçilərinin sözlərinə görə, onlar sərhədi təsadüfən keçiblər və ABŞ ərazisində olduqlarını bilməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB