“Rusiya Tacikistandakı rus hərbi bazasından istifadə etməyə hazırdır”
“...Rusiya müttəfiqlərini Əfqanıstandan gələn təhdidlərdən qorumaq üçün Tacikistandakı hərbi bazadan istifadə də daxil olmaqla hər şeyi edəcək”.
SİA TASS-a istinad edərək bu fikirlərin Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən səsləndirildiyini bildirir: “Müttəfiqlərimizə qarşı təcavüzlərin qarşısını almaq üçün Tacikistanın Əfqanıstanla sərhədindəki Rusiya hərbi bazasının imkanlarından geniş istifadə edəcəyik”.
Hazırda Əfqanıstanda baş verənlərin Rusiya tərəfindən diqqətlə izləndiyini bildirən xarici işlər naziri Amerika və NATO qoşunlarının bölgəni tərk etdikdən sonra ərazidə vəziyyətin pisləşməyə doğru getdiyini etiraf edib.
Qeyd edək ki, rusiyalı nazır ölkədən çıxan amerikalı hərbçilərin öz hərbi arsenalının təxminən 90 faizinin Əfqanıstanda qoyub çıxmasından narahatlığını da gizlətməyib.
Qeyd edək ki, son həftələr “Taliban” İslam təşkilatı Əfqanıstanın şimalında hərbi fəaliyyətlərini xeyli gücləndirib. Məhz bunun nəticəsində “Taliban” hücumuna məruz qalan Əfqanıstanın hökumət qüvvələri həmsərhəd Tacikistan ərazisinə keçmək məcburiyyətində qalırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB