Türkiyədəki suriyalılar nümayiş keçirəcək

Türkiyədəki suriyalılar nümayiş keçirəcək

Suriya nümayişçiləri indi də Türkiyədə toplaşacaq. SİA-nın məlumatına görə, bir qrup suriyalı nümayişçilər gələn həftə Türkiyədə toplaşaraq müxalifətə dəstək olduqlarını bir daha nümayiş etdirəcəklər.

Suriya İnsan Haqqları Təşkilatının rəhbəri Əmmar Kurabi məsələ ilə bağlı açıqlamasında xəbəri təstiqləyib: \"Gələn həftə Antalyada konqres təşkil ediləcək. Bir qrupsuriyalı müxalifət nümayəndəsi həmin konqresdə iştirak edəcək. Əsas məqsəd isə, Suriyadakı xalq hərakatına dəstək verməkdir. Demokratiya çağırışı edən Suriya xalqının bütün dünyadakı vətəndaşları eyni dəstəyi verməlidir ki, onlar ruhlansın və azadlıq tələblərindən əl çəkməsinlər. Konqresdə istənilən şəxs iştirak edə bilər\".

Qeyd edək ki, mayın 31-i başlayan konqres, iyunun 2-nə kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə