"Ərdoğan Qarabağda bizə mane olur" - Jirinovski

"Onu (Rəcəb Tayyib Ərdoğan – red.) sakitləşdirməyin vaxtı gəlib. Şərqin yalanını göstərmək üçün təcili olaraq “Çingiz xandan Ərdoğana” adlı broşürlar buraxmaq lazımdır". SİA xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Ərdoğanın Krımla bağlı açıqlamasını şərh edərkən deyib.

“Bir əlində gül, kökə verirlər, digər əldə isə xəncər, əyri xəncər. Ərdoğan Liviya, Suriya, Azərbaycan və Ukraynada Rusiyanın “fırlanan çarxını” dayandırır. O, Ukrayna, Liviya və Qarabağda bizə mane olur”, - deyə Jirinovski bildirib.

Partiya lideri əlavə edib ki, Türkiyənin digər ölkələrə yerləşdirdiyi silahlardan dolayısı Rusiya əsgərləri ölür.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə